Gün
Saat
Dəqiqə
Saniyə
Daha 3 paracüdoçumuz Tokio-2020-də qızıl mdala sahib olub

28-08-2021

Yaponiyada keçirilən XVI Yay Paralimpiya Oyunları davam edir.
Azərbaycan paracüdoçuları mötəbər yarışda böyük əzmkarlıq nümayiş etdirərək, daha 3 qızıl medal qazanıblar. Əlli yeddi kiloqram çəki dərəcəsində çıxış edən xanım idmançımız Sevda Vəliyeva qazaxıstanlı Dayana Fedossova və Türkiyə idmançısı Zeynep Çelikə qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada cüdoçumuzun rəqibi Özbəkistan təmsilçisi Parvina Samandarova olub. Rəqibini məğlub edən Sevda Vəliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xanım Hüseynova (63 kq) startda yaponiyalı Hiroko Kudonu üstələyib. Çinli Yue Vanqı da tatamidən məyus yola salan idmançımız finalda ukraynalı İrina Husiyeva ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə paracüdoçumuz qalib gələrək paralimpiya çempionu olub.
Digər idmançımız Hüseyn Rəhimli (81 kq) də eyni uğuru təkrarlayıb. O, ilk görüşdə Böyük Britaniya idmançısı Daniel Povelə qalib gələrək yarımfinala yüksəlib. Koreya Respublikasından olan Jung Min Lunu məğlub edən təmsilçimiz finalda özbəkistanlı Davurxon Karomatov ilə qarşılaşıb. Bu rəqibi üzərində də qələbə qazanan Hüseyn Rəhimli Tokio Paralimpiadasının qızıl medalına yiyələnib.
Xatırladaq ki, nüfuzlu yarışın əvvəlki günlərində paracüdoçularımızdan Şahanə Hacıyeva (48 kq) və Vüqar Şirinli (60 kq) qızıl, Namiq Abbaslı (66 kq) isə bürünc medal əldə edib.
Qeyd edək ki, Tokio Paralimpiadasında ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edir.