Gün
Saat
Dəqiqə
Saniyə
İlham Zəkiyev Paralimpiya Oyunlarının dördqat mükafatçısı oldu

29-08-2021

Cüdoçumuz İlham Zəkiyev Tokio Paralimpiya Oyunlarında bürünc medal qazanıb. Belə ki, özbəkistanlı rəqibi Şirin Şərifov əvvəlki görüşdə qadağan olunmuş fənd işlətdiyi üçün yarışdan kənarlaşdırıldığından, o, bürünc medal qazanıb. Bu, 41 yaşlı İlhamın dördüncü Paralimpiya mükafatı olub. Daha əvvəl cüdoçumuz 2004 və 2008-ci ildə qızıl və 2012-ci ildə bürünc medal qazanmışdı.
Bununla da Azərbaycan üçün cüdo yarışları başa çatıb. Bu yarışlarda qazanılan medallardan 8-i (6 qızıl və 2 bürünc medal) cüdo millilərimizin hesabındadır.
Xatırladaq ki, daha əvvəl qadın cüdoçularımızdan Şahanə Hacıyeva (-48 kq), Sevda Vəliyeva (-57 kq), Xanım Hüseynova (-63 kq), Dürsədəf Kərimova (+70 kq), kişi cüdoçularımızdan Vüqar Şirinli (-60 kq), Hüseyn Rəhimli (-81 kq) qızıl medal qazanıb. Həmçinin Namiq Abbaslı (-66 kq) bürünc medala sahib çıxıb.