Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdoçuları Paralimpiya Oyunlarında bütün ölkələri qabaqladı

29-08-2021

Azərbaycan cüdoçuları Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunlarının ümumi medal sıralamasında 6 qızıl və 2 bürünc medal qazanaraq birinci yeri tutublar. Cüdoçularımız medalların həm əyarı, həm də sayına görə digər ölkələrin komandalarını qabaqlayıblar.
Özbəkistan ikinci (iki qızıl, iki gümüş və iki bürünc medal), İran isə üçüncü yeri tutub. (iki qızıl medal).
Paracudoçu medalçılar arasında Hüseyn Rəhimli, Dürsədəf Kərimova, Vüqar Şirinli, Xanım Hüseynova, Sevda Vəliyeva və Şahanə Hacıyeva qızıl, Namiq Abbaslı və İlham Zəkiyev isə bürünc mükafat əldə edib.