Gün
Saat
Dəqiqə
Saniyə
Paralimpiyaçı cüdoçularımızdan möhtəşəm zəfər - VİDEO

03-09-2021

"Cüdo TV" cüdoçularımızın Tokio Paralimpiya Oyunlarında qazandıqları parlaq qələbələrlə bağlı video material hazırlayıb. Xatırladaq ki, Azərbaycan cüdoçuları Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunlarının ümumi medal sıralamasında 6 qızıl və 2 bürünc medal qazanaraq birinci yeri tutublar. Cüdoçularımız medalların həm əyarı, həm də sayına görə digər ölkələrin komandalarını qabaqlayıblar.
Paralimpiyaçı cüdoçularımızdan medalçılar arasında Hüseyn Rəhimli, Dürsədəf Kərimova, Vüqar Şirinli, Xanım Hüseynova, Sevda Vəliyeva və Şahanə Hacıyeva qızıl, Namiq Abbaslı və İlham Zəkiyev isə bürünc mükafat əldə edib. "Cüdo TV"nin hazırladığı reportajı sizə təqdim edirik