Gün
Saat
Dəqiqə
Saniyə
Zaqreb Qran-prisində iki cüdoçumuz mübarizə aparacaq

23-09-2021

Sentyabrın 24-də Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-pri turniri start götürəcək.
Azərbaycan nüfuzlu turnirdə 2 cüdoçu ilə təmsil olunacaq. Yarışda Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, üç gün davam edəcək turnirdə 35 ölkədən 240-dan çox idmançı qüvvəsini sınayacaq.