Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycanın daha bir cüdoçusu Zaqreb Qran-prisində qızıl medal qazanıb

26-09-2021

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-pri turnirində komandamız ölkəmizə daha bir qızıl medal qazandırıb.
Mübarizəyə səkkizdəbir finaldan başlayan cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) Polşa təmsilçisi Sebastian Oldak, avstriyalı Vaçid Borçaşvili və rusiyalı Xusen Xalmurzayevi məğlub edərək finala vəsiqəni təmin edib. Həlledici qarşılaşmada Gürcüstan idmançısı Luka Maisuradze üzərində qələbə qazanan Məmmədəli Mehdiyev Qran-pri yarışının qızıl medalına sahib olub.
Xatırladaq ki, turnirin əvvəlki günlərində digər cüdoçumuz Hidayət Heydərov (73 kq) da eyni uğuru təkrarlayaraq qızıl medal qazanıb.
Otuz beş ölkədən 240-dan çox idmançının qatıldığı yarışda Azərbaycanı iki cüdoçu təmsil edib və onların hər ikisi turnirin qalibi olub.