Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan dünya birinciliyində 8 cüdoçu ilə təmsil olunacaq

04-10-2021

İtaliyanın Olbia şəhərində gənclər arasında cüdo üzrə dünya birinciliyi təşkil olunacaq.

Oktyabrın 6-dan 10-dək keçiriləcək yarışda ölkəmizi 8 idmançı təmsil edəcək. Oğlanlar arasında Turan Bayramov (60 kq), Kamran Süleymanov, Rəşad Quluzadə (66 kq), Nəriman Mirzəyev (73 kq) və Elcan Hacıyev (81 kq) mübarizə aparacaqlar.

Qızların yarışında isə  Səbinə Əliyeva (52 kq), Rita Əliyeva (57) və Nərmin Əmirli (78 kq) iştirak edəcəklər.

Qeyd edək ki, mötəbər yarışa 73 ölkədən 500-dən çox cüdoçunun qatılacağı gözlənilir.