Gün
Saat
Dəqiqə
Saniyə
Naftalanda cüdoçular üçün seminar keçirilib

06-10-2021

Azərbaycan Cüdo Federasiyasının Regionlarla iş üzrə sektor müdiri Tərlan Poladov, Hakimlər Komitəsinin sədri Mətin Rəhimli və Məşqçilər Komitəsinin üzvü Musa İsmayılov tərəfindən Naftalanda idmançılar və onların məşqçi - müəllimləri üçün seminar keçirilib.

Federasiyanın mütəxəssisləri cüdoçuların tәlim-mәşq prosesi metodikasından danışaraq, mәşqçilәrin yeniyetmә cüdoçularla iş prosesindә sadә hәrәkәtlərdәn başlayıb mürәkkәb hərəkətlərə necә keçmәk qaydasını izah ediblər. Daha sonra cüdonun yeni texnika və qaydaları həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırılıb.

Naftalanda cüdoçular üçün seminar keçirilib
Naftalanda cüdoçular üçün seminar keçirilib
Naftalanda cüdoçular üçün seminar keçirilib