Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdoçusu Turan Bayramov dünya çempionatının gümüş medalına sahib olub

06-10-2021

İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında dünya birinciliyinə start verilib.
Azərbaycan cüdoçusu Turan Bayramov (60 kq) nüfuzlu yarışda ardıcıl olaraq You-Çonq Lin (Çin Taypeyi), Merey Markhanbetov (Qazaxıstan) və Roman Valadye Pikardı (Fransa) məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə özbəkistanlı Kamoliddin Baxtıyarova qalib gələn cüdoçumuz finala vəsiqəni təmin edib. Turan Bayramov həlledici qarşılaşmada Giorgi Sardalaşviliyə (Gürcüstan) məğlub olub və dünya birinciliyinin gümüş medalına sahib olub.

Rəşad Quluzadə və Kamran Süleymanov (hər ikisi 66 kq) isə yarışı medalsız başa vurublar.

Qızlar arasında isə  Səbinə Əliyeva (52 kq)  mötəbər yarışda uğurla çıxış edib. Belə ki, 17 yaşlı xanım  cüdoçumuz yarışda üç qələbə qazanaraq bürünc medal uğrunda görüşə vəsiqə əldə edib. İdmançımız üçüncü yer uğrunda qarşılaşmada isveçrəli Binta Ndiayeyə məğlub olaraq beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanın  8 cüdoçu ilə təmsil olunduğu və oktyabrın 10-dək davam edəcək mötəbər yarışda 73 ölkədən 500-dən çox cüdoçu mübarizə aparır.