Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan Cüdo Federasiyasının təlim-məşq bazasında şəhid övladı ilə görüş keçirilib

09-10-2021

Azərbaycan Cüdo Federasiyasının təlim-məşq bazasında Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Elşən Musayevin oğlu, cüdoçu Hüseyn Musayev ilə görüş keçirilib.
Tədbirdə Hüseynin atası, şəhid Elşən Musayevin müharibədə göstərdiyi rəşadətdən və keçdiyi qəhrəmanlıq yolundan geniş söhbət açılıb.
Sonra milli komandamızın baş məşqçisi Mövlud Mirəliyev Hüseyn balamıza xatirə hədiyyələri təqdim edib. Onu tanınmış və öndə gedən cüdoçularımız, eləcə də milli komandanın məşqçilər korpusu ilə tanış edib. Mövlud Mirəliyev balaca cüdoçumuza gələcək həyatında böyük uğurlara imza atmağı və Azərbaycanımızın idman şərəfini daim layiqincə təmsil etməyi arzulayıb. Daha sonra şəhid övladı ilə xatirə şəkli çəkdirilib.
Tədbirin sonunda daim şəhid ailələrinə diqqət və qayğı göstərən, bu görüş üçün şərait yaradan Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə bütün məşqçilər və idmançılar adından minnətdarlıq ifadə olunub.