Gün
Saat
Dəqiqə
Saniyə
Dünya çempionatında uğur qazanan gənc cüdoçular Vətənə dönüb

10-10-2021

İtaliyanın Olbiya şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatında uğurla çıxış edən idmançılarımız Vətənə dönüb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc cüdoçuların qarşılanma mərasimi olub.
Milli komandanın üzvlərini Azərbaycan Cüdo Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.
Xatırladaq ki, mundiala 8 nəfərlik heyətlə qatılan millimizin iki üzvü çıxışını medalla başa vurub. Onlardan 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov gümüş, Elcan Hacıyev (81 kq) isə bürünc medala layiq görülüb.
Beləliklə, Azərbaycan ümumkomanda hesabında 12-ci sırada qərarlaşıb. Oğlanlar arasında isə yığmamız 7-ci yeri tutub.
Qeyd edək ki, dünya çempionatında 72 ölkədən 490 cüdoçu (282 oğlan, 208 qız) mübarizə aparıb.