Gün
Saat
Dəqiqə
Saniyə
Paris “Böyük dəbilqə” turnirində Azərbaycanı 8 cüdoçu təmsil edəcək

13-10-2021

Oktyabrın 16-da Fransanın paytaxtı Parisdə start götürəcək cüdo üzrə “Böyük dəbilqə” turnirinə Azərbaycan komandası 8 idmançı ilə qatılacaq.

Yarışda kişilərdən ibarət komandamız iştirak edəcək. Belə ki, Balabəy Ağayev (60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov (66 kq), Telman Vəliyev, Hidayət Heydərov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (+100 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, mötəbər turnirə 48 ölkədən 291 cüdoçunun (170 kişi, 121 qadın) qatılacağı gözlənilir.