Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan Avropa kubokuna 11 cüdoçu ilə qatılacaq

14-10-2021

Xorvatiyanın Dubrovnik şəhərində oktyabrın 16-da start götürəcək cüdo üzrə Avropa kubokunda Azərbaycan komandasının heyətində 11 idmançı bacarığını nümayiş etdirəcək. Nüfuzlu yarışda kişilərdən ibarət milli komandamız iştirak edəcək. Turnirdə Rəşad Baxşəliyev, Sənan Əhmədov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev (hər ikisi 66 kq), Zaməddin Poladov, Rüfət Şovlatov (hər ikisi 73 kq), Ömər Rəcəbli, Kərim Məmmədov, Məhərrəm İmamverdiyev (hər üçü 81 kq), Rüfət İsmayılov (90 kq) və Ruslan Nəsirli (100 kq) medallar uğrunda mübarizə aparacaq.