Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Avropa çempionatında medal qazanan cüdoçularımızı təbrik edib

23-04-2016

Xəbər verdiyimiz kimi, Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında Azərbaycan cüdoçuları uğurla çıxış edirlər. Orxan Səfərov qitə çempionatının gümüş, Rüstəm Orucov isə qızıl medalını qazanaraq tarix yazıblar. Yarışların gedişini Kazanda canlı izləyən Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov cüdoçularımızı parlaq qələbələr münasibətilə təbrik edib.