Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdoçuları Avropa kubokunda 4 medal qazanıblar

17-04-2016

Yunanıstanın paytaxtı Afinada cüdo üzrə gənclər arasında Avropa kubokuna start verilib. Yarışın ilk günündə milli komandamızın 15 üzvü mübarizəyə qoşulub.
Azərbaycan cüdoçularının Avropa kubokunda çıxışı uğurlu alınıb. Belə ki, gənc cüdoçularımız yarışın ilk günündə millimizin aktivinə 4 medal yazdırıb.
Hidayər Heydərov (73 kq) qızıl, Natiq Qurbanov (55 kq) və Tofiq Məmmədov (60 kq) gümüş, Murad Heydərli (60 kq) bürünc medal qazanıb.
Nəriman Əhmədov (55 kq) və Məhəmməd Hacıyev (60 kq) turnirdə 5-ci olublar.
Hacı Musayev (55 kq), Hasil Cəfərov (73 kq) və Şəhla Babayeva (44 kq) isə 7-ci yerlə kifayətləniblər.
Qeyd edək ki, 24 ölkədən 302 idmançının (200 oğlan, 102 qız) qatıldığı Avropa kubokunda milli komandamız 22 cüdoçu (19 oğlan, 3 qız) ilə təmsil olunur.

Azərbaycan cüdoçuları Avropa kubokunda 4 medal qazanıblarAzərbaycan cüdoçuları Avropa kubokunda 4 medal qazanıblarAzərbaycan cüdoçuları Avropa kubokunda 4 medal qazanıblarAzərbaycan cüdoçuları Avropa kubokunda 4 medal qazanıblar
Azərbaycan cüdoçuları Avropa kubokunda 4 medal qazanıblar