Gün
Saat
Dəqiqə
Saniyə
Məmmədəli Mehdiyevdən Daşkənddə bürünc medal

07-03-2021

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev(-90 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin son yarış günündə bürünc medal qazanıb. Azərbaycan milli komandasının üzvü 3-cü yer uğrunda qarşılaşmada Özbəkistan cüdoçusu Şermuhammed Jandreyevi məğlub edib. Daşkənd turnirinin üçüncü günü millimizin daha 2 üzvü tatami üzərinə çıxıb. Uşangi Kokauri(+100 kq) 5-ci yeri tutub, Aslan Mirzəyev(-100 kq) isə ilk görüşdə uduzub. Xatırladaq ki, beynəlxalq yarışın 2-ci günü Rüstəm Orucov(-73 kq) millimizə bürünc medal qazandırıb.
Qeyd edək ki, cüdo millimiz yarışa 10 kişi və 2 qadın idmançı ilə qatılıb.