Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplantısında iştirak edirlər

11-03-2021

Gələcək beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən cüdo üzrə kişilərdən ibarət milli komandamızın üzvləri hazırda Özbəkistandadır. Paytaxt Daşkənd şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplantısında aparıcı cüdoçularımız iştirak edirlər. Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Ukrayna, Özbəkistan, İspaniya, Gürcüstan, Hollandiya, Qazaxıstan və digər ölkələrin yığmaları qatılıb. Qeyd edək ki, cüdoçularımız mart aprel aylarında Tbilisi və Antalyada təşkil olunacaq "Böyük Dəbilqə" yarışında, eləcə də Portuqaliyada keçirilicək Avropa çempionatında mübarizə aparacaqlar.