Gün
Saat
Dəqiqə
Saniyə
Gürcüstanda yarışacaq cüdoçularımızın rəqibləri məlum olub

25-03-2021

Sabah Gürcüstanın paytaxtı Tbilisi şəhərində cüdo üzrə "Böyük dəbilqə” turniri start götürəcək.
80 ölkənin 465 idmançısının qatıldığı beynəlxalq yarışın püşkü atılıb. Azərbaycan millisinin 11 üzvünün də iştirak edəcəyi turnirdə ilk rəqiblər müəyyənləşib.
Cüdoçularımızdan 60 kq çəkidə mübarizə aparacaq Kəramət Hüseynov Rodriqo Kosta Lopez (Portuqaliya), Oruc Vəlizadə ukraynalı Oleq Verediba ilə qarşılaşacaq. 66 kq çəkidə Yaşar Nəcəfov kubalı Orlando Polonka ilə gücünü sınayacaq.
81 kq çəki dərəcəsində təmsilçilərimizdən Zelim Tskayev Komi Bedel (İtaliya), Murad Fətiyev Yakob Gemer (İsrail) ilə üz-üzə gələcək.
100 kq çəkidə Aslan Mirzəyev Reda Nefşa (Qətər), +100 kq çəkidə Uşangi Kokauri Qalimjan Krıkbay (Qazaxıstan) - Camal Ərdoğan (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.
Çəkisi 48 kq olan qızların yarışında Leyla Əliyevanın rəqibi türkiyəli Gülkader Şentürk, Aişə Qurbanlının rəqibi isə sloveniyalı Marusa Stangar olacaq. 52 kq çəki dərəcəsində yarışan Gültac Məmmədəliyeva ABŞ cüdoçusu Anjelika Delqado, Şəfəq Məmmədova isə ingiltərəli Jasmin Cavadian ilə qarşılaşacaq.
İdmançılarımızdan sabah mübarizəyə Kəramət Hüseynov, Oruc Vəlizadə, Yaşar Nəcəfov, Leyla Əliyeva, Aişə Qurbanlı, Gültac Məmmədəliyeva və Şəfəq Məmmədova qoşulacaq. Ertəsi gün Murad Fətiyev, Zelim Tskayev, yarışın üçüncü günü isə Aslan Mirzəyev və Uşangi Kokauri qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarışa martın 28-də yekun vurulacaq.