Gün
Saat
Dəqiqə
Saniyə
Cüdo üzrə Avropa çempionatında Azərbaycanı 9 cüdoçu təmsil edəcək

15-04-2021

Xəbər verdiyimiz kimi, Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək cüdo üzrə Avropa çempionatında Azərbaycanı 9 cüdoçu təmsil edəcək. Kişilərin mübarizəsində 8, qadınların yarışında isə 1 cüdoçu qüvvəsini sınayacaq. Lissabona Kəramət Hüseynov (-60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi -81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) yollanıb.
Qeyd edək ki, Avropa çempionatı 16 - 18 apreldə olacaq. Nüfuzlu yarış Tokio Olimpiya Oyunlarına da lisenziya xalları baxımından önəmlidir. Qitə birinciliyi Avropa Cüdo Birliyinin eju.net saytı vasitəsilə canlı yayımlanacaq.