Cüdo üzrə 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında ölkə birinciliyinin fərdi yarışlarına yekun vurulub. 31 may – 2 iyunda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda qızlar və oğlanlar arasında 20 çəki dərəcəsində qaliblər müəyyənləşib. 59 klub, cəmiyyət və idman təşkilatından olan 661 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Yarışın üçüncü günündə qızlar arasında -36 kq., -48 kq., -63 kq. və +63 kq. çəki dərəcələrində, oğlanlar arasında isə -42 kq., -55 kq., -73 kq. və +73 kq. çəki dərəcələrinə mükafatçılar bəlli olub.
Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 2-ci yerə Bakı şəhəri 10 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 3-cü yerə isə Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi layiq görülüb. 42 komanda müxtəlif əyarlı medal qazanıb.
Qeyd edək ki, birinciliyin komanda yarışları isə 3 iyunda baş tutacaq.
Fərdi yarışların sonuncu gününün qaliblərinin siyahısını təqdim edirik:
Qızlar
-36 kq.
1. Sunay Salamova (Ağsu)
2. Zəhra Quliyeva (Bakı şəhəri 2 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
3. Mədinə Hüseynova (Saray İdman Klubu)
3. Aysel İsmayılova (Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
-48 kq.
1. Nərmin Ağamirzəzadə (Şuşa Uşaq Gənclər İdman Məktəbi)
2. Məleykə Əsədova (Şahin 313 İdman Klubu)
3. Yağmur Əhmədzadə (Neftçi İdman Klubu Sumqayıt)
3. Nazlı Səfərli (Sumqayıt şəhəri 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi)
-63 kq.
1. Fatimə Məmmədova (Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
2. Zəhra Quliyeva (Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
3. Əsnat Mehdiyeva (Tovuz)
3. Aytac Məmmədova (Hövsan İdman Klubu)
+63 kq.
1. Aysu Quliyeva (Cüdo Klub 2012)
2. Aysel Ələsgərova ("Məhsul" Könüllü İdman Cəmiyyəti)
3. Məsumə Məmmədli (Gömrükçü İdman Sağlamlıq Mərkəzi)
3. Xədicə Quluzadə (Binəqədi İdman Klubu)
Oğlanlar
-42 kq.
1. Raul Məlikzadə (Bakı şəhəri 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
2. Hüseyn Məmmədov (Sumqayıt şəhəri 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi)
3. Rza Ayvazlı (Bakı şəhəri 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
3. Fərid Rzazadə (Pirşahı Kürdəxanı İdman Klubu)
-55 kq.
1. Mikayıl Qocayev (Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
2. Sinan Qənbərli (Nardaran İdman Klubu)
3. Yelmar Əkbərov (Bakı şəhəri 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
3. Fərid Həsənli (Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
-73 kq.
1. Saleh Rzayev (Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
2. Nazim Ağayev (Abşeron Olimpiya İdman Kompleksi)
3. Tuncay Əliyev (Mingəçevir Uşaq Gənclər İdman Məktəbi)
3. Urfan Əliyev (Respublika Kompleks İdman Məktəbi)
+73 kq.
1. Ömər Axundov (Bakı şəhəri 10 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
2. Ruslan Kazımov (Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi)
3. İdris Xanbalayev (Mərkəzi İdman Klubu)
3. Mehdi Məmmədli (Bakı şəhəri 2 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
İdmançıları təbrik edirik!
Ətraflı