XƏBƏRLƏR

Bütün xəbərlər
Yerli turnirlər
Beynəlxalq turnirlər
Müsahibələr
Digər
Xəbər lenti
Göygöldə yeniyetmələr arasında Avropa Kubokunun püşkatma mərasimi keçirilib

3 mayda Göygöldə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun püşkatma mərasimi keçirilib.

Püşkatmada Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Kamran Talıbov, o cümlədən Avropa Cüdo Birliyinin (ACB) idman komissarı Albert Qmainer və ACB-nin hakim-komissarı Nano Karvalyo iştirak edib.

K.Talıbov salamlama nitqində Azərbaycanın cüdo üzrə zəngin ənənələrə malik olduğunu, artıq ikinci ildir ki, Göygöldə Avropa Kubokunun keçirildiyini qeyd edib. “Biz sevinirik ki, yarış Avropa təqviminə daxil edilib və yeniyetmə idmançılar belə yarışda öz bacarıqlarını artıra bilərlər”.

Qmayner turnirin təşkilini yüksək qiymətləndirərək Azərbaycanın hər zaman böyük yarışlara ev sahibliyi etməklə məşhur olduğunu qeyd edib. O, həmçinin qeyd edib ki, hər il Bakıda keçirilən Böyük Dəbilqə yarışlarına aparıcı cüdoçular gəlir. “Göygöldə yeni gələcək ulduzlar parlaya bilər”, - deyə o vurğulayıb.

Karvalyo qeyd edib ki, Azərbaycan cüdoçuları həmişə yüksək ustalığı ilə seçiliblər. Və o, cüdoçuların maraqlı mübarizə aparacağına əmin olduğunu bildirib. “Mən tatamidə çətin döyüş gözləyirəm. Bütün iştirakçılara uğurlar arzulayıram”.

Turnirdə on dörd ölkədən 323 cüdoçu iştirak edəcək. Oğlanlar arasında 209, qızlar arasında isə 114 idmançı mübarizə aparacaq.

Avropa Kubokunda Fransa, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq idmançıları, eləcə də fərdi bitərəf idmançılar iştirak edəcəklər.

Azərbaycan milli komandasının heyətində 140 cüdoçu (95 oğlan və 45 qız) yer alıb.

Qeyd edək ki, ötən il tatami sahibləri 7 qızıl, 5 gümüş və 9 bürünc medal qazanaraq ümumi turnir cədvəlində birinci yeri tutublar. Türkiyə ikinci (3-4-5), ikinci yerdə Gürcüstan (2-2-2) qərarlaşıb.

03 may, 2024
Kata üzrə ilk dəfə ölkə birinciliyi keçirilib

1 mayda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə cüdo idman növündə kata üzrə 18 yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyi keçirilib. Yarışda 12 cütlük (Tori və Uke) medallar uğrunda mübarizə aparıb. 

Yarış zamanı cüdoçular yalnız Katanın “Nage no Kata” növündə fəndləri nüməyiş etdirib. 

Yarışda Türkiyə Cüdo Federasiyasının (TCF) Təhsil Direktoru, Avropa Cüdo Birliyinin (ACB) Kata Komissiyasının üzvü Mehmet Yılmaz və TCF-nın təhsil mütəxəssisi Gökhan Çelik də iştirak edib.

ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu kata üzrə ölkə birincilinin təltifetmə mərasimində çıxış edərək yarışda iştirak edən idmançılara uğurlar arzulayıb və qalib olan idmançıları təbrik edib. “Kata üzrə bu cür yarışların təşkil edilməsi, cüdo idman növünün daha əsaslı bir şəkildə inkişaf etməsinə zəmin yaradır. Son dövrlərdə Azərbaycan cüdoçularının beynəlxalq arenalarda göstərdikləri nəticələrlə yanaşı, Azərbaycan Cüdo Federasiyasının təhsillə əlaqədar fəaliyyəti, gələcəkdə Azərbaycan cüdosunda daha da yaxşı nəticələrin əldə edilməsinə töhfə verəcək.”

Rəşad Rəsullu yarışda iştirak edən idmançıların məşqçilərinin Beynəlxalq Cüdo Federasiyası (BCF) Akedemiyasının məzunları olmasını xüsusi qeyd edib. “Bu gün yarışa qatılan yeniyetmələrin məşqçilərinin hər biri BCF Akademiyasında məşqçilik sertifikatı proqramını uğurla başa vurub. Bu onu göstəricisidir ki, BCF Akademiyası ilə qurulmuş əməkdaşlıq əlaqələri öz nəticələrini verir. ”

TCF-nın Təhsil Direktoru, ACB-nin Kata Komissiyasının üzvü Mehmet Yılmaz Azərbaycan cüdosunda təhsil ilə bağlı həyata keçirilən fəaliyyətlərin mühüm rolunu vurğulayıb. “Azərbaycanda təhsil ilə bağlı həyata keçirilən fəaliyyətləri yaxından izləyirik. İnanırıq ki, bu sahədə görülən işlər Azərbaycan cüdosunun inkişafında mühüm rol oynayacaq və cüdoçuların gələcəkdə beynəlxalq arenalarda daha böyük uğurlar qazanmasını gətirib çıxaracaq.”

Medalçıların siyahısını təqdim edirik:

Qızıl medal 

Sadiq Abdullayev (Tori) 

Rəcəb Əkbərov (Uke) 

Gümüş medal 

Cavanşir Comərdov (Tori) 

Fazil Hüseynov (Uke) 

Bürünc medal 

Ayxan İslamlı (Tori) 

İsmayıl Rəhimli (Uke) 

Bürünc medal 

Rəsul Əmirzadə (Tori) 

Elvin Məmmədov (Uke) 

5-ci yer 

İsa Allahverdiyev (Tori) 

Hüseyn Vəliyev (Uke) 

5-ci yer 

Zidan Bəşirov (Tori) 

Tunar Cəfərov (Uke)

02 may, 2024
Tarixi nailiyyət: Hidayət Heydərov 4 qat Avropa çempionu oldu!

Aprelin 26-da Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatında Hidayət Heydərov möhtəşəm qələbə qazanaraq dördüncü dəfə Avropa çempionu olub. 

Heydərov (-73 kq.) Albaniya, Portuqaliya və Moldovadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib. Final görüşündə o, Danil Lavrentevi (fərdi neytral idmançı) məğlub edərək çempion titulunu qazanıb.

Qeyd edək ki, Hidayət Heydərov bundan əvvəl 2017, 2022 və 2023-cü illərdə böyüklər arasında Avropa çempionatının qızıl medalını qazanıb.

Hidayət Heydərovu və bütün cüdo həvəskarlarını bu möhtəşəm qələbə münasibətilə təbrik edirik!

26 aprel, 2024
...
Beynəlxalq turnirlər
Göygöldə yeniyetmələr arasında Avropa Kubokunun püşkatma mərasimi keçirilib

3 mayda Göygöldə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun püşkatma mərasimi keçirilib.

Püşkatmada Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Kamran Talıbov, o cümlədən Avropa Cüdo Birliyinin (ACB) idman komissarı Albert Qmainer və ACB-nin hakim-komissarı Nano Karvalyo iştirak edib.

K.Talıbov salamlama nitqində Azərbaycanın cüdo üzrə zəngin ənənələrə malik olduğunu, artıq ikinci ildir ki, Göygöldə Avropa Kubokunun keçirildiyini qeyd edib. “Biz sevinirik ki, yarış Avropa təqviminə daxil edilib və yeniyetmə idmançılar belə yarışda öz bacarıqlarını artıra bilərlər”.

Qmayner turnirin təşkilini yüksək qiymətləndirərək Azərbaycanın hər zaman böyük yarışlara ev sahibliyi etməklə məşhur olduğunu qeyd edib. O, həmçinin qeyd edib ki, hər il Bakıda keçirilən Böyük Dəbilqə yarışlarına aparıcı cüdoçular gəlir. “Göygöldə yeni gələcək ulduzlar parlaya bilər”, - deyə o vurğulayıb.

Karvalyo qeyd edib ki, Azərbaycan cüdoçuları həmişə yüksək ustalığı ilə seçiliblər. Və o, cüdoçuların maraqlı mübarizə aparacağına əmin olduğunu bildirib. “Mən tatamidə çətin döyüş gözləyirəm. Bütün iştirakçılara uğurlar arzulayıram”.

Turnirdə on dörd ölkədən 323 cüdoçu iştirak edəcək. Oğlanlar arasında 209, qızlar arasında isə 114 idmançı mübarizə aparacaq.

Avropa Kubokunda Fransa, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq idmançıları, eləcə də fərdi bitərəf idmançılar iştirak edəcəklər.

Azərbaycan milli komandasının heyətində 140 cüdoçu (95 oğlan və 45 qız) yer alıb.

Qeyd edək ki, ötən il tatami sahibləri 7 qızıl, 5 gümüş və 9 bürünc medal qazanaraq ümumi turnir cədvəlində birinci yeri tutublar. Türkiyə ikinci (3-4-5), ikinci yerdə Gürcüstan (2-2-2) qərarlaşıb.

Ətraflı