XƏBƏRLƏR

Bütün xəbərlər
Yerli turnirlər
Beynəlxalq turnirlər
Müsahibələr
Digər
Xəbər lenti
Gənclər arasında dünya çempionatının heyəti bəlli oldu

5–8 oktyabr tarixlərində Perunun paytaxtı Limada cüdo üzrə gənclər arasında dünya çempionatı keçiriləcək. Azərbaycan mötəbər yarışda ümumilikdə 5 çəki dərəcəsində 8 idmançı ilə (6 oğlan, 2 qız) təmsil olunacaq. 

Cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Qeyd edək ki, dünya çempionatında 66 ölkədən  454 idmançı (242 oğlan, 212 qız) mübarizə aparacaq.


Heyəti təqdim edirik:


Oğlanlar


-60 kq

Nihad Məmişov

Fərid Qarayev


-66 kq

Məhəmməd Musayev

Nizami İmranov


-81 kq

Süleyman Şükürov


+100 kq

Ramazan Əhmədov


Qızlar


-52 kq

Xədicə Qədəşova

Aydan Vəliyeva 

20 sentyabr, 2025
“Sosial media və marketinq” mövzusunda təlim keçirilib

Peşəkar inkişaf proqramı çərçivəsində Azərbaycan Cüdo Federasiyasının rəqəmsal marketinq üzrə aparıcı mütəxəssisi Elvin Əhmədin təqdimatında “Sosial media və marketinq” mövzusunda təlim keçirilib. 

Sessiyada məşqçilərin və klubların sosial şəbəkələrdə düzgün təqdimatı müzakirə olunub, müsbət və mənfi nümunələr təhlil edilib. Sosial medianın düzgün istifadəsi ilə yeni idmançıların cəlb edilməsi, ictimai etimadın formalaşdırılması, valideynlərlə effektiv ünsiyyətin qurulması və klubun brend kimi inkişaf etdirilməsi yolları izah olunub.

Proqramda Sumqayıt və Abşeron–Xızı regionundan 30-dək məşqçi iştirak edir.

20 sentyabr, 2025
Qadın cüdoçularımız Fransada beynəlxalq təlim-məşq toplanışına qatılıb

Azərbaycanın qadın cüdoçulardan ibarət milli komandası Fransanın Strasburq şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıb. 

Toplanışa qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edir. 

Sentyabrın 25-də başa çatacaq təlim düşərgəsi qarşıdakı beynəlxalq turnirlərə hazırlıq xarakteri daşıyır.

19 sentyabr, 2025