Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycanın veteran cüdoçuları Mayami şəhərinə yollandılar - VİDEO

16-11-2016

Xəbər verdiyimiz kimi Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında dünya çempionatı keçiriləcək. Noyabrın 18-də start götürəcək yarışa noyabrın 21-də yekun vurulacaq. Dünya çempionatında 55 ölkədən 966 veteran cüdoçu mübarizə aparacaq. Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə veteranlardan ibarət milli komandamız da Mayamidə keçiriləcək çempionatda iştirak edəcək.