FEDERASİYA HAQQINDA

Tariximiz
Vizyonumuz
Missiyamız

1972-ci ilin mayında SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun yayılması haqqında qərar verib. Azərbaycanda da xüsusi bölmələr təşkil etmək, yarışlar təşkil etmək tapşırılıb. Cüdo ölkəmizdə qısa zamanda populyarlaşıb. Elə həmin ildə Respublika Cüdo Federasiyası yaradılıb.

Ağayar Axundzadə 1992-ci ildə SSRİ-nin əməkdar məşqçisi olan ilk mütəxəssisimizdir. Azərbaycanlı cüdoçular arasında birinci dəfə idman ustası adını qazanan Sahib İsmayılov, beynəlxalq dərəcəli idman ustası isə Qüdrət Pəncəliyevdir. Qızlar arasında ilk idman ustası Arzu Atayeva, ilk beynəlxalq dərəcəli idman ustası Gülşən Şirinovadır. Uğurlu ənənələr müstəqillik qazanandan sonra davam edib.

1972-ci  ilin 2 noyabrında cüdo üzrə ilk yarışlar keçirilib. ”Burevestnik” cəmiyyətinin gənclər birinciliyində 70 idmançı mübarizəyə qoşulub.

1992-ci ildə Barselona Yay Olimpiya Oyunlarında Nazim Hüseynov vətənə qızıl medalla dönüb. Müstəqil Azərbaycanın Dövlət bayrağı ilk dəfə bu qələbə şərəfinə qaldırılıb.

2008-ci ildə Pekin Olimpiyadasında Elnur Məmmədlinin inamlı qələbəsi ölkədə bayram ovqatı yaradıb. Elnur və bürünc medal qazanan Mövlud Mirəliyev vətəndə böyük təntənə ilə qarşılanıblar.

2013-cü ildə Elxan Məmmədov müstəqil Azərbaycanın cüdo üzrə ilk dünya çempionu olaraq, adını ölkə idman tarixinə həkk edib.  

2016-cı ildə Rüstəm Orucov və Elmar Qasımov Rio Olimpiya Oyunlarında gümüş medal qazanaraq, Azərbaycan milli komandasının böyük gücə və perspektivə malik olduğunu növbəti dəfə sübut ediblər.

2020-ci ildə Yay Olimpiya Oyunlarında İrina Kindzerskaya bürünc medalla pyedestala qalxıb.

Azərbaycanın kütləvilik və qlobal nailiyyətlər baxımından dünyanın ən aparıcı cüdo ölkələrindən biri olmasını təmin etmək.

Azərbaycanda inklüziv, əlçatan və etik cüdo mədəniyyətini təşviq etmək və gücləndirmək.

Dataya əsaslanan həllər və müasir idarəetmə yanaşmaları vasitəsilə elit idmançıları davamlı olaraq dəstəkləməklə ən yüksək nəticəli cüdo ölkələri sırasında olmaq.
err

NİZAM-İNTİZAM KOMİTƏSİ

err
Üzv

Ruzbeh Vəliyev

err
Üzv

Natiq Bağırov

err
Üzv

Ruslan Yolçuyev

HAKİMLƏR KOMİTƏSİ

err
Üzv

Arzu Acalova

err
Üzv

Natiq Bağırov

err
Üzv

Mətin Rəhimli

ABUNƏ OLUN

Cüdo aləmindəki yeniliklərdən operativ şəkildə xəbər tutmaq üçün abunə olun.