err

Elxan Məmmədov

Dünya çempionatının qızıl medalçısı - 2013

Müstəqil Azərbaycanın cüdo üzrə ilk və yeganə dünya çempionudur. Elxan Məmmədov 2013-cü ildə Rio-de-Janeyroda keçirilən dünya birinciliyinin qalibi olub. 2010-cu ildə Tokiodakı Dünya çempionatında bürünc medal qazanıb. Elxan Məmmədov 2017-ci ildəki Avropa çempionatının qızıl, 2008-ci ilin qitə birinciliyinin gümüş, 2009 və 2010-cu illərin bürünc mükafatçısıdır.