err

Fərhad Rəcəbli

Avropa çempionatının bürünc medalçısı - 1978

1978-ci ildə Macarıstanda keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal qazanmaqla, Azərbaycan cüdoçuları arasında qitə miqyaslı yarışların ilk mükafatçısı kimi adını ölkə idmanı tarixinə yazdırıb. 2022 – ci ilin iyununda Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında keçirilən Avropa çempionatında və sentyabr ayında Polşanın Krakov şəhərində usta cüdoçular arasında keçirilən Dünya çempionatında 90 kq çəki dərəcəsində məğlubedilməz olduğunu bir daha sübut edən Fərhad Rəcəbli veteranlar arasında 10 dəfə dünya və 8 dəfə Avropa çempionu tituluna sahibdir.