err

Nazim Hüseynov

Yay Olimpiya Oyunlarının qızıl medalçısı - 1992

1992-ci ildə Barselona Yay Olimpiya Oyunlarının qızıl medalını qazanaraq, adını tarixə ilk azərbaycanlı Olimpiya çempionu kimi həkk edib. Cüdoçumuz 1992-ci ildə bütün çəki dərəcələri üzrə Avropanın ən güclü cüdoçusu adına layiq görülüb. Həmin il Parisdə və 1993-cü ildə Afinada keçirilən qitə birinciliklərində qızıl, 1994-cü ildə isə gümüş medala layiq görülüb. Nazim Hüseynov 1993 və 1994-cü illərdəki Dünya çempionatlarının gümüş, 1991-ci ildə bürünc mükafatçısıdır. “Şöhrət” ordeni ilə təltif olunub.