ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

10 ildən sonra ilk qızıl medal

10 ildən sonra ilk qızıl medal

Avqustun 23-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Dünya çempionatının ilk günündə cüdoçularımız yüksək performans nümayiş etdirərək komandanın aktivinə 1 qızıl, 1 gümüş və 1 bürünc medal yazdırdılar. Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası son onillikdə Dünya çempionatında ilk dəfə qızıl medal əldə edib (yalnız 2013-cü ildə Natiq Qurbanlı yeniyetmələr arasında dünya çempionu titulunu qazanıb).

Qeyd edək ki, cüdoçularımızın yarışın ilk günündə qazandıqları nəticə yeniyetmələr arasında Dünya çempionatlarında ayrılıqda olaraq qazanılan ən yüksək nəticədir.

Oğlanlar arasında -50 kq. çəki dərəcəsində cüdoçularımız Məhəmməd Məmişov və Nihad Məmişov bütün rəqiblərini geridə qoyaraq, finalda üz-üzə gəliblər. Görüşün nəticəsində Nihad Məmişov qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nihad ardıcıl olaraq ilk görüşündə Fransa, 1/8 finalda Macarıstan, ¼ finalda Monqolustan, yarımfinal görüşündə isə Qazaxıstan təmsilçisini məğlub edib. Məhəmməd isə ardıcıl olaraq ilk görüşündə bosniyalı, 1/8 finalda ermənistanlı, ¼ finalda braziliyalı, yarımfinal görüşündə isə gürcüstanlı idmançıya qalib gəlib.

-55 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Mirxaliq İskəndərov üçüncü yer uğrunda fransalı cüdoçu Adrian Mivovana qalib gələrək çempionatın bürünc medalına sahib olub.

Qeyd edək ki, idmançılar 23-26 avqust tarixlərində çempionatın fərdi yarışlarında, 27 avqustda isə komanda yarışlarında iştirak edəcək.