KEÇMİŞDƏN GƏLƏCƏYƏ YOLUMUZ
1972-ci ilin mayında SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun yayılması haqqında qərar verib. Azərbaycanda da xüsusi bölmələr təşkil etmək, yarışlar təşkil etmək tapşırılıb. Cüdo ölkəmizdə qısa zamanda populyarlaşıb. Elə həmin ildə Respublika Cüdo Federasiyası yaradılıb.
Ağayar Axundzadə 1992-ci ildə SSRİ-nin əməkdar məşqçisi olan ilk mütəxəssisimizdir. Azərbaycanlı cüdoçular arasında birinci dəfə idman ustası adını qazanan Sahib İsmayılov, beynəlxalq dərəcəli idman ustası isə Qüdrət Pəncəliyevdir. Qızlar arasında ilk idman ustası Arzu Atayeva, ilk beynəlxalq dərəcəli idman ustası Gülşən Şirinovadır. Uğurlu ənənələr müstəqillik qazanandan sonra davam edib.