ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

307 nömrəli tam orta məktəbdə cüdo üzrə master-klass keçirilib

307 nömrəli tam orta məktəbdə cüdo üzrə master-klass keçirilib

Bakı şəhəri, Sabunçu rayonu 307 nömrəli tam orta məktəbində cüdo üzrə master-klass keçirilib.

Master-klass çərçivəsində cüdo üzrə milli yığma komandanın üzvləri, müxtəlif beynəlxalq yarışların qalibləri Vüqar Talıbov və Ömər Rəcəbli və Azərbaycan kata üzrə milli yığma komandasının üzvü Əmrah Əhmədov müxtəlif cüdo fəndlərini uşaqlara və yeniyetmələrə nümayiş etdirib. Uşaqlar və gənclər tatamiyə dəvət olunaraq, göstərilən fəndləri öyrənib tətbiq etməyə çalışıblar.

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo ilə bağlı suallar verilib və düzgün cavab verən şəxslərə müxtəlif hədiyyələr təqdim edilib.

Azərbaycan Cüdo Federasiyası tədbirin təşkilində göstərilən dəstəyə görə Bakı şəhəri, Sabunçu rayonu 307 nömrəli tam orta məktəbə öz təşəkkürünü bildirib.