390 cüdoçunun iştirak etdiyi Bakı şəhər U-14 birinciliyi başa çatıb
Noyabr 8-də cüdo üzrə U-14 yeniyetmələr arasında Bakı şəhər birinciliyi başa çatıb.
Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın son günündə 177 cüdoçu tatamiyə çıxıb. Qızlar arasında -40 kq, -48 kq, -57 kq, -70 kq oğlanların mübarizəsində isə -42 kq, -50 kq, -60 kq, -73 kq və +73 kq çəki dərəcələrində nəticələr müəyyənləşib.
Turnirdə ümumilikdə 72 klub və idman cəmiyyətindən 390 cüdoçu (336 oğlan, 54 qız) iştirak edib. Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub
Günün medalçılarını təqdim edirik:
Qızlar
-40 kq
1. Aylin Hidayətzadə (Günəşli İK)
2. Əskinaz Verdiyeva (Bakı şəhər 8 nömrəli İOEUGİM)
3. Gülay Ağayeva (AHİTA)
3. Aydan Həsənova (Judo Club 2012)
-48 kq
1. Ayla Məmmədli (AHİTA)
2. Səkinəxanım Şahtaxtinskaya (Judoka Judo Club)
3. Amina Səfərova (Lokomotiv İK)
3. Humay Eyvazova (Şuşa UGİM)
-57 kq
1. Ruqayyə Hüseynova (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
2. Selcan Feyziyeva (Mərdəkan Cüdo Klub)
3. Firəngiz Kamilova (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
3. Elnarə Əliyeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
-70 kq
1. Elvina İlyasova (Neftçi İK)
2. Duyğu İsmayılova (İstək İK)
3. Mədinə Ruhullayeva (Hövsan İK)
Oğlanlar
-42 kq
1. Abdullah Xudiyev (Şağan OİK)
2. Zadir Rzalı (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
3. Rəsul Məlikzadə (Atilla İK)
3. Sahib Mustafayev (Sankaku İK)
-50 kq
1. Əli Qurbanlı (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
2. Mehdi Quliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
3. Əli Muradlı (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
3. Rəvan Gəncəliyev (AHİTA)
-60 kq
1. Əkbər Məmmədli (Safarov Judo Academy)
2. Həsən Novruzov (RKİM)
3. Abdurrəhman Əsgərov (Şuşa UGİM)
3. Mehdi Əhmədzadə (313 İK)
-73 kq
1. Əziz Babazadə (Mərdəkan Cüdo Klub)
2. Əli Məmmədli (RKİM)
3. Miryasin Seyidli (Judo Club 2020)
3. Rüfət Allahverdi (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
+73 kq
1. Rəsul Qasımov (Kürdəxanı Cüdo Klub)
2. Yelmar Quliyev (Zabrat İK)
3. Salman Musayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
3. Nihad Osmanlı (Judo Club 2012)