ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

-73 kq.: azarkeşlər Heydərovdan gözlədiklərini aldılar

-73 kq.: azarkeşlər Heydərovdan gözlədiklərini aldılar

Beynəlxalq Cüdo Federasiyasının rəsmi səfhəsində Heydər Əliyev Bakı Böyük Dəbilqə turnirində Hidayət Heydərovun mübarizəsi haqqında məqalə dərc olundu. Məqalənin müəllifi mediaya və kommunikasiya direktoru Nikolas Messner deyir:

“Yarışa kütləvi şəkildə gəlmiş tamaşaçıların gözlədiyi bir cüdoçu var idisə, o da Hidayət Heydərov idi. Sörfinqçi saç düzümü və möhtəşəm cüdosu ilə Heydərov Azərbaycanda cüdo həvəskarlarının sevimlisidir. 2017 və 2022-ci illərdə 4 böyük Dəbilqə, iki Qran-pri və Avropa çempionluğu titullarının qalibi olan Heydərov çıxışını izləməyi xoşladığımız cüdoçulardan biridir. Öz çəki dərəcəsindəki bütün döyüşçülərə qalib gəlməyə, eləcə də hamıya uduzmağa qadir olan Heydərovun cüdosu cəsarətlidir, o, əhəmiyyətli dərəcədə risklərə əl atır, ənənəvi və akrobatik texnikaların qarışığını nümayiş etdirir.

Tamaşaçılar məyus olmadılar! Hidayət Heydərov Askar Narkulov (Qazaxıstan), Erik Ham (Böyük Britaniya) və Aleksandru Raykunu (Rumıniya) məğlub edərək yarımfinalda Şaxram Ahadovla (Özbəkistan) qarşılaşdı. Bu, gərgin qarşıdurma idi, tərəflərin heç biri fənd üçün real fürsət tapa bilmirdi. Bu, şübhəsiz ki, taktiki qələbə olacaqdı. Böyük auditoriya tərəfindən dəstəklənən Heydərov sonda qalib gəldi, çünki Ahadov üçüncü dəfə cəzalandırıldı.

Püşkatmanın ikinci yarısında səhərin ən böyük təəssüratını yaradan Petru Pelivan (Moldova) oldu, çünki moldovalı cüdoçu finala vəsiqə qazanaraq yerli qəhrəmanla qarşılaşmalı idi.

Bir saniyə belə təsirlənməyən və üzündə geniş təbəssümlə finala yüksələn Pelivan ilk öncə təhlükəli “o-uçi-qari” fəndi ilə hərəkətə keçdi, lakin heç bir xal qazana bilmədi. Bir neçə saniyədən sonra o, eyni solaxay üslubda “o-uçi-qari” fəndi etməyə çalışdı, lakin Heydərov məhz bu zaman heç gözlənilmədən fənd işlətdi. Güclü bir “seoi-naqe” fəndi ilə o, rəqibinin altına keçdi və onu üzərindən atdığı zaman, tamaşaçılar sevinc sədaları altında qələbəni qeyd etmək üçün artıq ayağa qalxmışdırlar.