ACF cüdo nümayəndələri üçün media və ictimaiyyətlə əlaqələr təlimləri başladıb
Azərbaycan Cüdo Federasiyası (ACF) cüdo üzrə milli yığmanın məşqçi, hakim, atlet və tibbi heyətinə, federasiyanın əməkdaşlarına media ilə ünsiyyət, ictimaiyyətlə əlqələr üzrə təlimlər təşkil etməyə başlayıb. Layihə çərçivəsində 30 iyun tarixində ilk qrup olaraq məşqçilər və tibbi heyətə seminar keçirilib.
Kommunikasiya ekspertləri Vüqar Baba və Emin Hüseynzadə media, jurnalistika, xəbər anlayışları, jurnalistlərin iş prinsipləri, idman mediasının xüsusiyyətləri barədə təlim deyib. Mütəxəssislər cüdo nümayəndələrinə jurnalistlərlə ünsiyyət formasını, müsahibə vermək qaydalarını öyrədib. Cüdo nümayəndələrinin Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə ünsiyyəti zamanı baş vermiş çətinliklərlə bağlı fikir mübadiləsi aparılıb, real hadisələr üzərindən tövsiyyələr verilib.
Analoji təlimlər növbəti günlərdə federasiya əməkdaşları və milli yığmanın digər üzvləri üçün keçiriləcək.