ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

ACF-in Dan və Kəmər komitəsinin iclası keçirilib

10 iyulda ilk dəfə Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə Kəmər və Dan komitəsinin iclası keçirilib. İclas Kəmər və Dan imtahanlarına hazırlıq prosesi ilə bağlı müzakirələr aparmaq məqsədilə təşkil olunub. 

İclas zamanı imtahanların proqramları, qiymətləndirmə meyarları və fəndlərin göstərilmə qaydaları geniş müzakirə olunub, qarşıya çıxan məsələlər barədə təkliflər irəli sürülüb.

Qeyd edək ki, ilk kəmər imtahanı bu ilin oktyabr ayında keçiriləcək. İyulun 18-dən etibarən Bakıda və digər regionlarda imtahanlara hazırlıqla bağlı seminarlar təşkil ediləcək. Seminarlar zamanı Kəmər və Dan imtahanlarının simulyasiyası da nümayiş olunacaq.

Azərbaycan Cüdo Federasiyası tərəfindən Kəmər və Dan imtahanlarının keçirilməsində əsas məqsəd cüdonun fundamental, keyfiyyətli inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. 

Həmçinin, bu idman növü ilə məşğul olan uşaq və yeniyetmələrin kəmər və dan sistemləri vasitəsi ilə həvəsləndirmə prosesinin effektiv təşkili və idarə olunması qaydalarını müəyyənləşdirməkdən ibarətdir.