ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

ACF-in Kəmər imtahan komitəsinin təşkilatçılığı ilə seminar keçirilib

ACF-in Kəmər imtahan komitəsinin təşkilatçılığı ilə seminar keçirilib

18 iyulda Azərbaycan Cüdo Federasiyasının Kəmər imtahan komitəsinin təşkilatçılığı ilə seminar keçirilib. Seminarda Kəmər imtahan komitəsinin üzvləri, ötən il Beynəlxalq Cüdo Federasiyasının (BCF) akademiyasında ən yüksək nəticə əldə edən peşəkar cüdo məşqçiləri və müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan məşqçilər iştirak ediblər.

Seminarda yeni təsdiq olunmuş kəmər imtahan qaydaları barəsində müzakirələr aparılıb. Bu ilin oktyabr ayında keçirilməsi planlaşdırılan kəmər imtahanları haqqında ətraflı məlumat verilib. 

Kəmər imtahanlarının əsas məqsədi cüdo idman növünün fundamental, keyfiyyətli inkişafı, beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin, bu idman növü ilə məşğul olan uşaq və yeniyetmələrin kəmər dərəcələri vasitəsi ilə həvəsləndirmə prosesinin effektiv təşkilini həyata keçirtməkdir. 

Qeyd edək ki, kəmər imtahanları regionları da əhatə etmək şərtilə ildə ən azı 2 dəfə olmaqla təşkil edilməsi planlaşdırılır.