Adaptiv cüdo dərsləri davam edir
Adaptiv cüdo dərsləri davam edir. Dərslərin əsas məqsədi daun sindromlu, autizmli və xüsusi qayğıya ehtiyacı olan uşaqların adaptiv cüdo təcrübəsi vasitəsilə sosial inteqrasiyasını dəstəkləmək, onların özünə inamını gücləndirməkdir.
Eyni zamanda adaptiv cüdo fiziki aktivliyin artırılması, psixoloji sağlamlığa müsbət təsir göstərməsi və qərar qəbuletmə bacarıqlarının inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının prioritetlərindən biri cüdonu hər kəs üçün əlçatan etmək, sağlam və inklüziv idman mühitini təşviq etməkdir.