Akif Tahirov Madrid Açıq Avropa turnirində yarışları idarə edib
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü Akif Tahirov 10-11 iyunda İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən böyüklər arasında Açıq Avropa turnirində ədalət təmsilçiləri arasında yer alıb.
"B" kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov yarışda kişilər arasında isə -73 kq. çəkidə final görüşünü idarə edib.