Akif Tahirov Teplis Avropa Kubokunda yarışları idarə edib
Azərbaycan Cüdo Federasiyasının “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov 8-9 apreldə Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda ədalət təmsilçiləri arasında yer alıb. Akif Tahirov yarışda qızlar arasında -48 kq. çəkidə final görüşünü idarə edib.