Astana Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçularının rəqibləri bəlli oldu
9 mayda Qazaxıstanın paytaxtı Astana şəhərində Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
Püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.
Xatırladaq ki, Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 8 çəki dərəsində 12 kişi və 3 qadın cüdoçu ilə təmsil olunacaq. Turniri canlı olaraq judotv.com saytında izləyə bilərsiniz!
Kişilər -60 kq. Əhməd Yusifov - Dauren Skukenov (Qazaxıstan) Nazir Talıbov - Yonatan Çaron (Kuba) -66 kq. Kamran Süleymanov - Erbol Abasbekov (Qırxızıstan) Ruslan Paşayev - Matec Polyak (Slovakiya) -73 kq. Rəşid Məmmədəliyev - Manuel Parlati (İtaliya) / Sulayman Hamad (Səudiyyə Ərəbistanı) görüşünün qalibi ilə Vüsal Qələndərzadə - Arun Kumar (Hindistan) -81 kq. Ömər Rəcəbli - Nake Herkovic (Sloveniya) / Ratbek Jumanazarov (Qırxızıstan) görüşünün qalibi ilə Məhərrəm İmamverdiyev - Aurelyen Bonferroni (İsveçrə) -90 kq. Elcan Hacıyev - Yermaxan Anuarbekov (Qazaxıstan) Vüqar Talıbov - Muxammedali Mavlidov (Qazaxıstan) +100 kq. Uşanqi Kokauri - Madi Yedilbayev (Qazaxıstan) Camal Qamzatxanov - Davit Kevlişvili (İspaniya)
Qadınlar -48 kq. Leyla Əliyeva - Jibek Jaksibay (Qazaxıstan) -57 kq. Acelya Toprak - Pihla Salonen (Finlandiya) Fidan Əlizadə - Dina Muxanbet (Qazaxıstan)
İdmançılarımıza uğurlar arzulayırıq!