ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Avropa çempinonatının ilk günü 6 idmançımız tatamiyə çıxacaq

Avropa çempinonatının ilk günü 6 idmançımız tatamiyə çıxacaq

Bu gün Xorvatiyanın Poreç şəhərində yeniyetmə idmançılar arasında cüdo üzrə Avropa çempionatının ilk yarış günü keçirilir. 6 idmançımız 5 çəki dərəcəsində medallar uğrunda mübarizəyə başlayacaq.

Oğlanların mübarizəsində -50 kq. çəkidə Məhəmməd Məmişov və Xalid Məmmədov, -55 kq. çəkidə Şahin Oruczadə, -60 kq. çəkidə Nizami İmranov, qızların mübarizəsində isə -44 kq. çəkidə Xumar Qasımzadə, -48 kq. çəkidə isə Aydan Vəliyeva tatamiyə çıxacaq.

İdmançılarımıza uğurlar arzu edirik!

Döyüşləri canlı olaraq live.ijf.org saytında izləyə bilərsiniz!