Avropa çempionatına 2 bürünc medalla başladıq
Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatı start götürüb.
İlk yarış günündə Azərbaycan millisinin iki üzvü bürünc medal sevinci yaşayıb.
60 kq çəkidə Əhməd Yusifov komanda yoldaşı Balabəy Ağayevi, 66 kq-da isə Turan Bayramov Rusiya təmsilçisi Abdullax Parçiyevi üstələyərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur.