Avropa çempionatında 15 idmançımız iştirak edəcək
Sabah Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı start götürəcək. 23-25 iyun tarixlərində keçiriləcək fərdi yarışlarda ölkəmizi 4 qız və 10 oğlan cüdoçu təmsil edəcək. 26 iyunda isə +70 kq. çəki dərəcəsində yarışan idmançımız Nigar Süleymanova komanda yarışında mübarizəyə qoşulacaq.
Yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Rüstəm Alimli, məşqçi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət komandaya isə məşqçi Elnur İsmayılov rəhbərlik edəcək.
Qeyd edək ki, ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alacaq.
Komandanın üzvləri:
Oğlanlar
-50 kq.
Məhəmməd Məmişov
Xalid Məmmədov
-55 kq.
Şahin Oruczadə
-60 kq.
Nizami İmranov
-66 kq.
Nicat Nağıyev
Əbil Yusubov
-73 kq.
Əli Hacızadə
Süleyman Əliyev
-81 kq.
Camal Bağışov
+90 kq.
Ramazan Əhmədov
Qızlar
-44 kq.
Xumar Qasımzadə
-48 kq.
Aydan Vəliyeva
-52 kq.
Vüsalə Hacıyeva
-57 kq.
Fidan Əlizadə
+70 kq.
Nigar Süleymanova
İdmançılarımıza uğurlar arzulayırıq!