ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Avropa çempionatında 3 idmançımız final görüşünə çıxacaq

Avropa çempionatında 3 idmançımız final görüşünə çıxacaq

23 iyun 2022-ci il tarixində Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında idmançılarımız iştirak edirlər.

Oğlanların mübarizəsində -50 kq. çəkidə Məhəmməd Məmişov bürünc medal uğrunda ermənistanlı idmançı Qor Safaryan ilə qarşılaşacaq. -55 kq. çəkidə Şahin Oruczadə yarımfinal görüşündə ermənistanlı rəqibi Vahe Ağasyan üzərində möhtəşəm qələbə qazandı. Şahinin final görüşündə rəqibi serbiyalı idmançı Matica Ceremik olacaq, -60 kq. çəkidə Nizami İmranov isə final görüşündə macarıstanlı cüdoçu Adam Mayor ilə qarşılaşacaq.

Qızların yarışında isə -48 kq. çəkidə Aydan Vəliyeva qızıl medal uğrunda İsveç təmsilçisi Tara Babulfat ilə görüşəcək. 

İdmançılarımıza uğurlar arzulayırıq!