ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Avropa çempionatında 4 idmançımız medallar uğrunda mübarizə aparır

Avropa çempionatında 4 idmançımız medallar uğrunda mübarizə aparır

Yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının ikinci günün yarışları davam edir. Oğlanlar arasında -66 kq. çəkidə Əbil Yusubov İtaliya təmsilçisi Federiko Bosis ilə, digər təmsilçimiz Nicat Nağıyev isə fransalı idmançı Aleksis Renard ilə bürünc medal uğrunda görüşə çıxacaq. -73 kq. çəkidə Əli Hacızadə bürünc medal uğrunda israilli idmançı Yavin Aqronov ilə qarşılaşacaq.

Qızlar arasında -57 kq. çəkidə Fidan Əlizadə macarıstanlı idmançı İnez Boqnar ilə qızıl medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, final blokunun görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Döyüşləri canlı olaraq live.ijf.org saytında izləyə bilərsiniz.

İdmançılarımıza uğurlar arzulayırıq!