Avropa çempionatında 5 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 5 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.
Cüdoçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, media təmsilçiləri və idmançıların yaxınları qarşılayıblar.
Xatırladaq ki, Ayxan Mirzəzadə (-60 kq), Məhəmməd Musayev (-66 kq) və Süleyman Şükürov (-90 kq) bütün rəqiblərinə qalib gələrək gənclər arasında Avropa çempionu olublar. Davud Namazlı (-100 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medala sahib çıxıblar.
Azərbaycan millisi yarışı 3 qızıl və 2 bürünc medalla başa vuraraq 44 ölkə arasında ümumi hesabda ikinci, oğlanların mübarizəsində isə birinci yeri tutub.