Avropa çempionatında Azərbaycan cüdoçularının rəqibləri bəlli oldu
23 apreldə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində böyüklər arasında cüdo üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.
Xatırladaq ki, Azərbaycanın cüdo üzrə milli yığma komandası yarışda 9 çəki dərəsində 9 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq.
Turniri canlı olaraq judotv.com saytında izləyə bilərsiniz!
Qadınlar
-48 kq.
Leyla Əliyeva - Tuqçe Beder (Türkiyə)
-52 kq.
Gültac Məmmədəliyeva - Sofiya Asvesta (Kipr Respublikası) / Qabriela Dimitrova (Bolqarıstan) qarşılaşmasının qalibi ilə
Aydan Vəliyeva - Qefen Primo (İsrail)
-57 kq.
Acelya Toprak - Karla Tavarez Fernandez (Luksemburq)
Kişilər
-60 kq.
Balabəy Ağayev - Marton Andrasi (Macarıstan) / Anqelo Pantano (İtaliya) görüşünün qalibi ilə
Turan Bayramov - Vaçe Adamyan (Avstriya)
-66 kq.
Yaşar Nəcəfov - Lukas Saha (Finlandiya) / Muhammed Demirel (Türkiyə) qarşılaşmasının qalibi ilə
-73 kq.
Hidayət Heydərov - Kestutis Vitkaskas (Litva) / İndrit Kalhac (Albaniya) görüşünün qalibi ilə
Rəşid Məmmədəliyev - Darko Topaloviç (Bosniya və Herseqovina) / Coşua Qrin (İrlandiya) görüşünün qalibi ilə
-81 kq.
Zelim Tçkayev - Nace Herkoviç (Sloveniya) / Maksim Triqub (İrlandiya) görüşünün qalibi ilə
-90 kq.
Murad Fətiyev - Yamal Petqrave (Böyük Britaniya)
Elcan Hacıyev - Kornelyus Eylertsen (Norveç) / Yosip Buliç (Xorvatiya) görüşünün qalibi ilə
-100 kq.
Zelim Kotsoyev - Adnan Xankan (BCF Qaçqınlar Komandası)
İdmançılarımıza uğurlar arzulayırıq!