Avropa çempionatından dönən cüdoçularımız havalimanında böyük çoşqu ilə qarşılandı
7-10 sentyabrda Niderlandın Haaqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatında yüksək nəticə qazanan cüdolarımız Vətənə qayıdıb.
İdmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, federasiyaların rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
Cüdoçularımızı qarşılamağa gələn azarkeşlər onları bayraqlarla, şəkilləri əks olunmuş plakatlarla və şüarlarla salamlayıblar.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Avropa çempionatının fərdi yarışlarında 1 qızıl, 2 gümüş və 3 bürünc medal olmaqla 6 medal qazanıblar.