ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Avropa çempionatının püşkatma mərasimi keçirilib

Avropa çempionatının püşkatma mərasimi keçirilib
Avropa çempionatının püşkatma mərasimi keçirilib
Avropa çempionatının püşkatma mərasimi keçirilib

Aprelin 15-də Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib.

Qitə yarışında ölkəmiz 11 çəki dərəcəsində 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunacaq. Mötəbər turnirdə 46 ölkədən 400 idmançı iştirak edəcək. 

16–19 aprel tarixlərində keçiriləcək Avropa çempionatının təsnifat mərhələsi hər gün saat 10:00-da, final bloku isə 16:00-da start götürəcək. Yarışın görüşləri “JudoTV” və “CBC Sport”dan canlı yayımlanacaq. 


Kişilər 


-60 kq, 1/8 final

Balabəy Ağayev – Qal Blaziç (Sloveniya) / Andrea Karlino (İtaliya) cütünün qalibi ilə

Əhməd Yusifov – Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə


-66 kq, 1/16 final

Turan Bayramov – Nikolas Kuntse (Almaniya)


-73 kq, 1/16 final

Hidayət Heydərov – Konstantinos Tsaparas (Yunanıstan)


-81 kq, 1/16 final

Zelim Tçkayev – Nase Herkoviç (Sloveniya) / Vladislav Kolobov (Ukrayna) cütünün qalibi ilə

Ömər Rəcəbli – Yahya Nurkoviç (Monteneqro) / Abdul-Kerim Tasuyev (Rusiya) cütünün qalibi ilə


-90 kq, 1/16 final

Murad Fətiyev – Aleks Kret (Rumıniya) 


-100 kq, 1/16 final

Zelim Kotsoyev – Nikola Pavlovski (Şimali Makedoniya) 


+100 kq, 1/8 final

Kənan Nəsibov – Mateo Akiana Monqo (Fransa) / Erik Abramov (Almaniya) cütünün qalibi ilə


Qadınlar 


-48 kq, 1/16 final

Könül Əliyeva – Amber Gersyes (Niderland)

Şəfəq Həmidova – Erza Muminoviç (Kosova)


-52 kq, 1/16 final

Leyla Əliyeva – Nikolina Nişaviç (Serbiya)

Gültac Məmmədəliyeva – Karla Tavares Fernandeş (Lüksemburq)


-70 kq, 1/32 final

Südabə Ağayeva – Maya Goşen (İsrail)


+78 kq, 1/16 final

Madina Kaisinova – Elis Startseva (Rusiya)