Avropa Cüdo Birliyinin rəsmi saytında Əli Dəvrişov haqqında müsahibə yayımlanıb
“İnanıram ki, tataminin hər iki tərəfinə hələ də çox töhfə verə bilərəm.”, - Əməkdar Məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Əli Dəvrişov Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına müsahibəsində bildirib.
EJU-da İnformasiya Texnologiyaları üzrə Təşkilat Komitəsinin üzvü kimi o, yarışların rahat keçməsinin təmin edilməsində mühüm rol oynayır. Məqalədə Əli Dəvrişovun gələn il 70 illik yubileyinin keçiriləcəyi, həmçinin onun gec saatlara qədər işinin başında olmağı vurğulanıb. Müəllifin sözlərinə görə istənilən sistemdə planlaşdırma vacibdir: "Hər bir uğurlu sistemdə dəqiq əməl edilməli olan, diqqətlə planlaşdırılmış addımlar olur. Ən kiçik səhv belə problem yarada bilər. Bu prosesləri yaxşı başa düşən şəxs azərbaycanlı Əli Dəvrişovdur.”
"Mənim cüdoya səyahətim 18 yaşımda başlayıb. Keçmiş SSRİ dövründə məndə cüdoya həvəs yaranıb və bu gün Avropa Cüdo Birliyinin İT komandasında çalışıram, eyni zamanda 26 ildir ki, məşqçilik edirəm. Bu, o dövr üçün bir qədər qeyri-adi ənənə idi, çünki əksər idmançılar adətən yarışlardan çəkildikdən sonra məşqçi olurlar.Lakin mən hər iki yolu davam etdirmək qərarına gəldim. Həm gənc cüdo həvəskarlarına tatamidə dərs deməkdən həm də, kompüterlərlə işləməkdən həzz alıram.
Texnologiyaya və elmə dərin qiymət verirəm. Əvvəllər rəqiblər müəyyənləşdikdən sonra hər bir iştirakçıya nömrə təyin edilirdi və KO siyahıları bunun əsasında tərtib olunurdu. Ancaq kompüter texnologiyasının yaranması və proqram təminatının inkişafı ilə mən əvvəlcə Fransadan olan proqramlarla, sonra isə Mattiasın məşhur proqramı ilə işlədim. Bu gün biz Sloveniyanın Datastat şirkətinin tərtib etdiyi interfeys üzərində işləyirik”, - deyə Əli Dəvrişov qeyd edib.
Məqalədə Əli Dəvrişovun davamlı öyrənmə axtarışları vurğulanır. Fizika üzrə təhsilini başa vurduqdan sonra Dəvrişov Moskvada idman universitetində oxumağa qərar verib və orada məşqçilik diplomunu alıb.
Əli Dəvrişov Azərbaycandan və Avropa Cüdo Birliyindən olan həmkarları ilə birgə işləməyə olan sonsuz həvəsini belə ifadə edir: “Tanış simaları, o cümlədən tataminin o biri tərəfində olan məşqçi yoldaşlarımı, eləcə də texniki masada mənə qoşulan həmkarlarımı görmək olduqca xoşdur. İnanıram ki, hələ də tataminin hər iki tərəfinə əhəmiyyətli töhfələr verə bilərəm."
ALI DAVRISHOV - EQUAL LOVE FOR COACHING AND IT