ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Avropa Cüdo Birliyinin saytında Səid Mollayi haqqında məqalə dərc olunub

Avropa Cüdo Birliyinin saytında Səid Mollayi haqqında məqalə dərc olunub

O, bütün dünyaya adını duyurmağı bacarıb. Avropa Cüdo Birliyinin saytında dərc edilmiş məqalədə Səidin -81kq çəki dərəcəsində Azərbaycan milli yığma komandasında yer alması hər iki tərəf üçün perspektivli addım kimi qiymətləndirilib.

Səidin sözlərinə görə, o, Paris-2024 Olimpiya Oyunlarında Azərbaycan bayrağı altında iştirak edəcəyi üçün sevinclidir və yüksək nəticə qazanacağına əmindir: “Mənim ailəm əslən azərbaycanlıdır, mən mədəniyyətimizi və dilimizi yaxşı bilirəm. İnanıram ki, Paris Olimpiadasında nəticəm Tokiodaki qazandığım uğurdan daha da yüksək olacaq”.

Almaniyada dəfələrlə təlim-məşq toplanışında iştirak edən Səid, Azərbaycanın böyüklərdən ibarət milli yığmasının baş məşqçisi Riçard Trautmanı təcrübəli mütəxəssis kimi tanıdığını bildirib. Onun sözlərinə görə Riçard Trautman kimi peşəkar məşqçinin nəzarəti altında yüksək nailiyyətlər əldə edəcək.

Avropa Cüdo Birliyi qeyd edir ki, Səid Mollayi dəfələrlə cüdoya nə qədər bağlı olduğunu sübut edib. Cüdonun ən vacib dəyərlərindən biri olan cəsarət hissinə köklənib və qarşısına çıxan bütün maneələri aşaraq, məqsədə doğru getməyi yaxşı bacardığını nümayiş etdirib: “Çox çətin həyatım olub, lakin indi azad insan olduğum üçün xoşbəxtəm. Mən həmişə dünyaya göstərmişəm ki, cəsur insanlar hər zaman qalib gəlir”. 

İdmançımıza uğurlar arzu edirik!